Ağstafada məktəblini qatar vurub.
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansiyası yaxınlığında qeydə alınıb. Dəmir yol xəttinin qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2008-ci il təvəllüdlü Əhmədov Elburus İlham oğlunu qatar vurub.
O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.