Braziliyada 11 yaşlı uşaq ipi liftdən kənarda olan itini boğulmaqdan xilas edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Braziliyanın Qoyaniya şəhərində 11 yaşlı Tiaqo Maqalhaes iti ilə liftə minib.
Daha sonra itinin ipinin liftdən kənarda ilişib qaldığını anlayan uşaq çəkilən ipdən tutaraq itini boğulmaqdan xilas edib.
Hadisə anı liftin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Şəbnəm