11 yaşlı uşaq tüfəngdən açılan atəş nəticəsində öldü

11 yaşlı uşaq tüfəngdən açılan atəş nəticəsində öldü
DÜNYA
14:12 12.06.2023
187
Fransada evinin bağçasında oynayan 11 yaşlı qız qonşusunun ov tüfəngindən atəş açması nəticəsində ölüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın Brittany bölgəsindəki Quimper şəhərinin şimalında yerləşən Sen-Herbot qəsəbəsində yaşayan ingilis ailəsi mübahisə etdiyi hollandiyalı qonşunun hücumuna məruz qalıb.
 
Bağçalarında manqal şənliyi edərkən baş verən hadisədə ingilis ailəsi qonşuları tərəfindən ov tüfəngi ilə atəşə tutulub.
 
Həmin vaxt qardaşı ilə yelləncəkdə yellənən 11 yaşlı Solaine Thornton güllələnərək öldürülüb. Torntonun valideynlərinin ağır yaralandığı, bacısının isə şokda olduğu bildirilib. 71 yaşlı Hollandiya vətəndaşı hadisədən sonra evinə qapanarkən həyat yoldaşı ilə birlikdə hadisə yerinə gələn polis tərəfindən həbs edilib.
 
Yerli sakinlər iki ailənin mülklərinə bitişik torpaq sahəsinə görə mübahisə etdiyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR