Yeni doğulmuş 11 körpə faciəvi şəkildə öldü - Dəhşətli hadisə

Yeni doğulmuş 11 körpə faciəvi şəkildə öldü - Dəhşətli hadisə
DÜNYA
12:38 26.05.2022
785
11 yeni doğulmuş körpə dəhşətli şəkildə ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki,  Seneqalda xəstəxanada baş verən yanğın böyük faciəyə səbəb olub. Yeni doğulanlar şöbəsində 11 körpə dünyasını dəyişib.

Bu barədə məlumatı Seneqal prezidenti Macky Sall Tivauane verib.
 
Sall tvitində "Yeni doğulmuş körpələr şöbəsində 11 körpənin ölümünün ağrısını indicə öyrəndim. Analarına və ailələrinə başsağlığı verirəm”,- deyə bildirib.

Səhiyyə naziri Abdoulaye Diouf Sarr yanğının xəstəxananın elektrik dövrələrində yaranan nasazlıq nəticəsində baş verdiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR