2026-cı ilin yanvar–iyul ayları ərzində 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə AZXEBER.COM-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Onlardan 24,6 min pensiya, 75,5 min müavinət və 10,6 min təqaüd təyinatıdır.











































