119 mindən çox uşaq I sinfə qəbul olub

119 mindən çox uşaq I sinfə qəbul olub
SOSİAL
18:14 14.07.2025
231

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

AZXEBER.COM xəbər verir ki, MÜTDA-dan Modern.az-a bildirilib ki, bu günə qədər artıq 119 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Nəzərə çatdırılıb ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
OXŞAR XƏBƏRLƏR