12 arvadı, 102 uşağı olan şəxsin etirafı eşidənləri təəccübləndirdi - FOTO

12 arvadı, 102 uşağı olan şəxsin etirafı eşidənləri təəccübləndirdi - FOTO
DÜNYA
12:07 28.12.2022
269

 

Uqandada yaşayan 67 yaşlı fermerin 12 arvadı, 102 uşağı və 568 nəvəsi var.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, ilk evliliyini 16 yaşında edib.

Hasahya ilk dəfə 1971-ci ildə 16 yaşında ailə qurub, iki ildən sonra isə bir qızı dünyaya gəlib. Sonra ailəsini genişləndirmək istəyən kişi ard-arda müxtəlif qadınlarla ailə qurub və kiçik bir tayfaya bənzəyən ailəsi olub.

12 yataq otağı olan böyük evdə yaşayan Hasahya açıqlamaları bir anda gündəm olub. 12 arvadı, 102 uşağı və 568 nəvəsi olan Hasahya övladlarını nəvələrindən ayıra bilsə də, hamısının adını bilmədiyini etiraf edib.

6 yaşdan 51 yaşa qədər uşaqları olan kişi artıq onlara baxa bilmədiyini deyib və dövlətdən kömək istəyib.

Aydın

 

 


OXŞAR XƏBƏRLƏR