“12 avqusta qədər gözləyin”- Astroloqdan XƏBƏRDARLIQ

“12 avqusta qədər gözləyin”- Astroloqdan XƏBƏRDARLIQ
MARAQLI
14:04 24.07.2025
281

İyulun 24-də Şir bürcünün 2-ci dərəcəsində kifayət qədər mürəkkəb yeni ay baş verəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında bildirib:

"Bu qarışıq təsirin səbəbi bir tərəfdən Dolça bürcündəki Plutonun çətin bucağından gələn təzyiqlər, digər tərəfdən isə Qoç bürcündəki Saturn/Neptun qovuşmasının dəstəkləyici təsiridir.
Gəlin bu yeni ayı ətraflı şəkildə təhlil edək. Şir bürcündəki yeni aylar hər zaman daxili özünəinam hissimizi gücləndirir, yaradıcılığımızı hərəkətə keçirir və bizi daha cəsur addımlar atmağa təşviq edir.

Bu dövrdə özümüzü ifadə etmək, bacarıqlarımızı nümayiş etdirmək, səhnədə olmaq istəyirik.

Daxilimizdəki uşaq oyanır, həyatımıza sevinc və əyləncə qatmaq istəyirik. Bu müddətdə sevgi, ehtiras və romantik hisslərimiz də güclənir.
Yeni eşqlər, yeni layihələr, sənət fəaliyyətləri və əyləncəli başlanğıclar üçün əla zamandır.

Lakin Merkurinin retro hərəkətdə olduğunu unutmaq olmaz və bütün yeni başlanğıcları 12 avqustdan sonra etmək faydalı olar. Bununla yanaşı, bu yeni ay Dolça bürcündəki Plutonun qarşıt bucağı ilə müşayiət olunur.

Plutonun təsiri adətən dərin transformasiya, güc mübarizələri və nəzarət mövzuları ilə əlaqələndirilir. Bu səbəbdən şəxsi həyatımızda azadlıq və avtoritet arasında gəlib-getmələr yaşaya bilərik. Bir tərəfdən özümüzü güclü şəkildə ifadə etmək istəyəcəyik, digər tərəfdən isə bizi sıxan və ya məhdudlaşdıran güclərlə qarşılaşa bilərik.

Bu dövrdə həyatımızdakı bəzi münasibətlərdə və ya iş mühitində güc savaşları ilə üz-üzə qala bilərik. Ola bilər ki, bu gərginliklər patronumuz, partnyorumuz və ya həyatımızda önəmli yer tutan şəxslərlə yaşansın və bizi dərindən sarsıtsın”.
 
Oksana
OXŞAR XƏBƏRLƏR