12 avtomobili əzən "Gelandewagen"in sürücüsü saxlanıldı

12 avtomobili əzən "Gelandewagen"in sürücüsü saxlanıldı
SOSİAL
11:45 02.05.2019
4227
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Gelandewagen" markalı avtomobilin sürücüsü müəyyən edilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.

OXŞAR XƏBƏRLƏR