Bıçaq davası zamanı 12 bıçaq zərbəsi alan şəxs dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Belə ki, Efe G. (16 yaş) adlı şəxslə Suriya əsilli Hani Kasım (23 yaş) arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə birdən davaya çevrilib. Efe G. əlindəki bıçaqla Hani Kasımı bir neçə dəfə bıçaqlayıb.
Ağır yaralanan gənc hadisə yerinə sövq edilən təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb. Bədəninin 12 yerindən bıçaqla ağır yaralanan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Bıçağı yerə ataraq qaçan şübhəli polis qrupları tərəfindən tutularaq saxlanılıb.
Oksana