12 illik dəhşətli qətlin üstü açıqldı - 16 yaşlı qızı bacısının əri ...

12 illik dəhşətli qətlin üstü açıqldı - 16 yaşlı qızı bacısının əri ...
DÜNYA
11:21 02.07.2018
7523
Türkiyənin Kayseri şəhərində 12 ildir yoxa çıxan və bacısının əri tərəfindən öldürüldüyü deyilən 16 yaşlı Filiz K. cinayəti ilə bağlı ilginc detallar ortaya çıxıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, U.Ç baldızı Filiz K.-nı iplə necə boğduğunu və cəsədini mağarada necə gizlətdiyini ifadəsində etiraf edib. U.Ç-nin ifadəsi 16 yaşlı gənc qızın cinayət öncəsi yaşadığı dəhşəti də ortaya çıxarıb.

2006-cı ilin 17 sentyabr tarixində Kayseridəki evindən çıxan Filiz K.-dan 12 il xəbər almaq mümkün olmayıb. İllər sonra polislər Filizin qətlə yetirildiyini üzə çıxarıblar. Polislər Filiz-i bacısının əri U.Ç-nın öldürdüyünü müəyyən edib. Sorğuya aparılan U.Ç günahını etiraf edib.

"QAÇMASIN DEYƏ BAĞLADIM"

U.Ç-nin ifadəsinə görə zaman-zaman evdən qaçan Filiz K. ona zəng edərdi. Bu dəfə də elə oldu. Filiz K. U.Ç-yə zəng edib və Nevşehirdə olduğunu, Antaliyaya gedəcəyini söyləyib və U.Ç ilə görüşüblər. U.Ç, Filizi evə qayıtmağı üçün yola gətirməyə çalışıb. Maşını ilə qızı Kayseriyə gətirərkən yol kənarında durmalı olurlar. Həm gəziblər, həm də söhbət ediblər. U.Ç ifadəsində belə deyib:

"Filiz "Sən məni ailəmə aparacaqsan" deyərək yanımdan qaçmağa çalışdı. Qolundan tutaraq qoymadım. Gəzərkən su kənarında tapdığım və Filiz qaçarsa, əllərini bağlayaram deyə gizlicə cibimə qoyduğum ipi çıxarıb ikiqat etdikdən sonra Filizin qollarının üstündən sinəsinə kimi bağladım. İpi öz çiynimdən önümə keçirərək, maşına doğru dartmağa başladım. Filiz müqavimət göstərirdi. Ancaq ona heç fikri vermədən ipdən dartırdım.

"İP BOĞAZINA KEÇDİ, DİLİ ÇÖLDƏ İDİ"

Bir müddət sonra səsi kəsildi. Ağırlaşmağa başladı. Mən müqavimət göstərdiyini düşünərək sürüməyə davam etdim. Bu şəkildə təxminən 30 metr getdik. Sonra əllərinin yana düşdüyünü gördüm. Dönüb baxdığımda ipin boğazına keçdiyini, üzünün göyərdiyini və dilinin çöldə qaldığının şahidi oldum. Dərhal ipi boğazından çıxardım. Nə səs, nə nəfəs, nə də hərəkət var idi. Üzünə su səpdim, sinəsinə masaj etdim, ancaq bir hərəkət etmədi. Boynu sağa-sola düşürdü.

"BAŞI YOX İDİ, QARNI YARILMIŞDI"

Həyəcanlanaraq nə edəcəyimi bilmirdim. Çünkü Filizin öldüyünü anlamışdım. Filizi durduğumuz yerdən bir metr aşağı atdım. Otları üzərinə örtdüm və maşınımla sürətlə oradan uzaqlaşdım. Kayseriyə qayıtdım. Bu hadisə ilə bağlı heç kimə heç nə demədim. Biri aşkar edər düşüncəsiylə 10 gün sonra olay yerinə getdim. Cəsədi tapdım. Başı boyun nahiyəsindən yox idi. Ayaq və baldır hissələri parçalanmışdı. Qarnı, sanki, pəncə ilə yarılmışdı. Filizi o halda tapdıqdan sonra onu qurd-quş yeməsin deyə bir yerdə gizlətməyi düşündüm. Oradakı mağaralardan birinə sürüyüb, orada gizlətdim".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”