12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edildi

12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edildi
DÜNYA
09:22 05.06.2025
656
ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına milli təhlükəsizliyə təhdid səbəbilə Birləşmiş Ştatlara daxil olmağına qadağa qoyub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Donald Trampın imzaladığı sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

Tam giriş qadağası Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil olunur.

Bundan əlavə, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının ABŞ-yə girişinə qismən məhdudiyyətlər tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR