12 tank və 200 hərbçi - 30-cu gün saat 06:00-a olan vəziyyət

12 tank və 200 hərbçi - 30-cu gün saat 06:00-a olan vəziyyət
DÜNYA
09:51 25.03.2022
373
Bu gün Ukraynada başlayan hərbi əməliyyatların 30-cu günüdür.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 25 mart yerli vaxtla saat 06:00-a ölkədə olan vəziyyəti təqdim edib. Məlumatda son sutka ərzində rusların 9 hücumunun qarşısının alındığı, 12 tank, 20 zirehli və avtomobil texnikasının, həmçinin 9 artilleriya sisteminin sıradan çıxarıldığı qeyd olunub. Rusiya tərəfinin 200-dən çox hərbçi itirdiyi deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri son sutka ərzində 1 təyyarə, 1 PUA və 4 qanadlı raket olmaqla 6 hava hədəfinin vurulduğu məlumatını yayıb. 
OXŞAR XƏBƏRLƏR