İstanbulun Başakşehir şəhərində 3 mərtəbəli binanın damında naməlum səbəbdən yanğın başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, evdəki 5 nəfər yanğından xilas olarkən, 12 yaşlı Nazlıcan Pehlivan həyatını itirib.
Məlum olub ki, Nazlıcan ailəsini oyandırsa da, özü də alovlar içində qalıb.
Xəbərdən sonra əraziyə çoxlu sayda yanğınsöndürən, sağlamlıq və polis qrupları göndərilib.
Xilasetmə qrupları Pehlivanı xilas etmək və yanğını söndürmək üçün çalışsa da, uşağın cansız cəsədi tapılıb.
Oksana