120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olundu

120 azərbaycanlı Belarusdan Azərbaycana təxliyə olundu
SOSİAL
15:33 13.05.2020
609
Müxtəlif ölkələrdə yaşayan, işləyən, pandemiyaya görə vətənə geri dönə bilməyən və Belarusun paytaxtı Minskdə toplaşan azərbaycanlılar çarter reysi ilə Azərbaycana təxliyə ediliblər.

Bunu açıqlamasında ölkəyə geri dönən həmvətənlərimizdən biri olan Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, Minskdən çarter reysi ilə təqribən 120 nəfər Azərbaycana qayıda bilib. "Onlar əsasən Norveç, İsveç, Yaponiya, Ukrayna və Belarusda yaşayan, işləyən Azərbaycan vətəndaşlarıdır. Mən özüm Minskə Ukraynadan gəlmişdim. Azərbaycana qayıtmaq üçün bu ölkədən Belarusa gələn azərbaycanlıların sayı ümumilikdə 10 nəfər idi".

N.Məmmədov Azərbaycan vətəndaşlarını təxliyə etmək üçün Minskdən Bakıya xüsusi çarter reysinin təşkil olunduğunu söyləyib: "Belarusda toplaşan həmvətənlərimizin ölkəyə qayıtmasına köməklik göstərilməsi üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə məktubla müraciət etmişdik. Məktubumuza müsbət cavab verildi və Azərbaycan gəlişimiz üçün çarter reysi təşkil edildi. Bu, birdəfəlik çarter reysi idi. Vətənə qayıtmağımıza dəstək göstərdiklərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, Belarusda sərt karantin rejimi tətbiq edilməsə də, yerli diaspor təşkilatı onlar üçün bu şəraiti təmin edib.

"Diasporla İş üzrə Dövlət Komitəsi bizi hər cür şəraitlə təmin etmişdi, bütün ehtiyaclarımız ödənilirdi. Hər birimiz ayrıca otaqlarda qalırdıq, gündə 3 dəfə yemək verilirdi. Hazırda isə Azərbaycandayıq. Bakıda Olimpiya kəndində karantində qalırıq”, - N.Məmmədov vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
20:01 23.07.2026
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
19:17 23.07.2026
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
19:06 23.07.2026
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi