"120 min manat verdim, intihar etdi"

"120 min manat verdim, intihar etdi"
SOSİAL
16:56 18.12.2017
1201
Bakıda dələduzluqda təqsirli bilinən Möhübbət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Möhübbət Əhmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, zərərçəkmişi kollecə direktor vəzifəsinə düzəltdirəcəyi vədini verdiyini deyib: "Bizi Nadir adlı şəxs tanış etmişdi. Sonra Eldar adlı şəxslə bu işi həll edəcəkdik (Nadir və Eldarın kimliyi barədə məhkəmə əlavə məlumat verilməyib - red.). Bu səbəbdən Nizaməddindən aldığım pulu Eldara verdim. Eldar da intihar edərək öldü, iş düzəlmədi. Həmin dövrdə Eldarın bizi aldatdığını bildik”.

Təqsirləndirilən şəxs deyib ki, Nizaməddin Məmmədovdan 113 min manat alıb: "İttihamda qeyd edilib ki, 120 min manat məbləğində dələduzluq etmişəm. Bununla razı deyiləm. Ziyandan 31 min manatını isə ödəmişəm. Zərərçəkmişin evinə getdim, pulu orada verdim. Həmin vaxt zərərçəkmiş xəstə idi”.

Məhkəmə dekabrın 25-də davam edəcək.

Qeyd edək ki, Möhübbət Əhmədov vətəndaş Nizaməddin Məmmədova qarşı dələduzluq edib. O, Nizaməddin Məmmədovu Mədəni-Maarif Texnikumuna direktor düzəldəcəyini deyib, ondan 120 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu dələduzluq yolu ilə ələ keçirib.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür