12.12.12-də evləndilər

DÜNYA
14:18 12.12.2012
1923
12 dekabr 2012-ci il tarixində evlənmək istəyən cütlüklərin çoxluğu bəzi ölkələrdə bu gün kütləvi nikah mərasimlərinin təşkilinə əsas verib. Çinin xüsusi inzibati rayonu olan Honq-Konqda əsrimizin gün, ay və il rəqəmləri üst-üstə düşən sonuncu tarixində evlənmək istəyənlərin sayı həddindən çox olub. Eyni vaxtda 100-dən çox cütlük nikaha daxil olub. "Cütlüklərin evlənmək üçün bu tarixi seçmələrinin birinci səbəbi, yəqin ki, tarixin yalnız 1 və 2 rəqəmlərindən ibarət olması və asanlıqla yadda qalmasıdır. İkinci səbəbi isə odur ki, Çin xalqının inanclarına görə, 12 rəqəmi birliyi ifadə edir." - Yakko Yeun adlı toy təşkilatçısı belə deyir. Daha bir Asiya ölkəsi Tailandda da 12 dekabr 2012-ci il tarixində kütləvi şəkildə yüzlərlə nikah bağlanıb. Təkcə paytaxt Banqkokda bu gün 55 cütlük nikaha daxil olub.

OXŞAR XƏBƏRLƏR