126 Rusiya vətəndaşı ölkələrinə göndərilmək üçün Lənkəran hava limanına aparılıb

126 Rusiya vətəndaşı ölkələrinə göndərilmək üçün Lənkəran hava limanına aparılıb
SOSİAL
00:17 04.03.2026
199
İran İslam Respublikasında yaşayan və müxtəlif sahələrdə çalışan 126 Rusiya Federasiyası vətəndaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə təxliyə olunub.

AZXEBER.COM xəbər verir ki, Rusiya vətəndaşları onlar üçün ayrılmış avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına aparılıb.

Hazırda Rusiya FHN-ə məxsus İL-76 təyyarəsi Lənkəran hava limanında yerləşir.

Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hücumlarından sonra yüzlərlə Rusiya vətəndaşının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçidi təmin olunub.
OXŞAR XƏBƏRLƏR