126 yaşlı kişi uzun ömrün sirrini açdı: "Sevgisiz həyat"...

MARAQLI
13:48 14.07.2022
1228
126 yaşlı kişi uzun ömrün sirrini açıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 126 yaşlı kişi uzun ömrün sirrini açıb. 1896-cı il təvəllüdlü dünyanın 126 yaşlı ən yaşlı insanı Svami Sivananda uzun ömrün sirrini sevməməkdə və ədviyyatlı yeməklərdən qaçmaqda gördüyünü bildirib.

İndiyə qədər evli olmayan Sivananda uzun ömrün sirrinin "sevgisiz həyat"da olduğuna inanır. O, həmçinin qeyri-ədviyyatlı yeməklərin və yoqanın ömrü uzatdığını deyir. Ömründə bir dəfə də olsun çarpayıdan, yastıqdan istifadə etmədiyini deyən qoca yerə sərdiyi həsirdə yatdığını vurğulayıb.

Sivananda deyir: "Mən heç vaxt maddi şeylərə əhəmiyyət verməmişəm. Yoxsulluq içində doğulmuşam və həyatdan heç vaxt böyük gözləntilərim olmayıb. Bu gün insanlar maliyyə problemləri ilə sürüklənir və ömürlərini qısadır. Bu vəziyyət məni həqiqətən çox üzür. Həyatda ən böyük qazanc sağlamlıqdır".
 
Ayşən

OXŞAR XƏBƏRLƏR