13 aylıq körpə ilanı 6 dişiylə zərərsizləşdirdi

MARAQLI
13:16 28.01.2012
4154

İsraildə 13 aylıq körpə ilanı dişləyib.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi məlumata görə, körpə ilanı 6 dişiylə çeynəyib. İlanı körpənin ağzından qonşular alıb.

Xəstəxanaya aparılan İmad adlı körpənin heç bir xəsarət almadığı və ilanın onu sancmadığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər ilanın körpəni dişləməməsinin səbəbinin qışda bu sürünənlərin aktiv olmamasından irəli gəldiyi açıqlayıblar.

Sevil RƏSULZADƏ

OXŞAR XƏBƏRLƏR