Erməni KİV-lərinə müsahibəsində 13 yaşlı Adelina məktubunda yazdığı suallara cavab almadığından gileylənib. O bildirib ki, belə cavab alacağını bilsə idi, heç məktub yazmazdı. Balaca qız özündən böyük iddalarla bildirib ki, cavab məktubunda onun Azərbaycan vətəndaşı kimi qələmə verilməsi xoşuna gəlməyib. “Onlar Stepanakerti Xankəndi adlandılrırlar. Bu yad adamlar mənim doğma şəhərimin necə adlanmasını mənə öyrətmək istəyirlər”-deyə Adelina erməni xislətinə uyğun vurğulayıb.
13 yaşlı erməni qızcığaz Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun onu Azərbaycana səfərə dəvətinə də münasibət bildirib. Adelina Bakıya gəlməkdən imtina edib. O bunu “azərbaycanlılardan gözlədiyi təhlükələr” və “öldürülmə təhlükəsi” ilə izah edib. “Mən başa düşdüm ki, azərbaycanlılar mənə yaddırlar. Mən onlara inanmıram. Qoy onlar özləri gəlsinlər və hər şeyi öz gözləri ilə görsünlər”-deyə Adelina müsahibəsində bildirib.
Qeyd edək ki, erməni qızının Prezident İlham Əliyevə məktubla müraciətinə ötən həftə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov cavab məktubu yazıb. Məktub ictimai fikirdə geniş rezonans doğurub.
Erməni riyakarlığının nümunəsi olan belə siyasi hoqqalara uşaqların cəlb edilməsi təəssüf doğurmaya bilməz.
//modern.az