13 yaşlı qız atasının silahı ilə özünü öldürdü

DÜNYA
17:00 15.10.2021
336
13 yaşlı qız atasının silahı ilə özünü öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərzincanda 13 yaşlı qız atasının silahı ilə ürəyinə atəş açaraq özünü öldürüb.

Erzincanın Başbağlar məhəlləsində baş verən hadisədə səhər Mehmetçik məktəbinə gedən Yaren məktəbdən evə qayıdandan az sonra atəş səsləri eşilib.
Sakinlər evdən silah səsləri eşitdiklərini polisə bildirdikdən sonra müvafiq qruplar hadisə yerinə göndərilib.

Evdə yaralanan Yaren E təcili yardımla xəstəxanasına çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq qızın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı Yaren E-nin çavuş olan atasına məxsus tapançadan özünü vuraraq öldürdüyü müəyyən edilib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR