13 yaşlı qıza 24 kişi təcavüz etdi

DÜNYA
15:21 27.11.2013
2715
Türkiyənin Kocaeli vilayətindəki Gölcük rayonunda ötən il 24 kişinin təcavüzünə uğradığı deyilən orta məktəb şagirdi Ö.Y. ilə bağlı 19 müttəhimin məhkəməsi davam edir.
Müttəhimlər kürsüsündə oturmuş 4 şəxs azad olunub. Müttəhimlər arasındakı hərbçinin işi isə hərbi tribunala göndərilib.
Məhkəmənin qərarı ilə bağlı Türkiyə Qadın Platformasının üzvləri etiraz aksiyası keçiriblər.
13 yaşlı qızı zorlamaqda şübhəli bilinərək tutulmuş 24 nəfərin 9-nun həbsi, sonra da onların arasından F.V.B., C.B., U.A., Ş.T., A.E.T., İ.K., E.D., S.A. və U.N.K.-nin məhkəmə prosesi ilə bağlı qadın hüquqlarının müdafiəçiləri çox narazıdır.
Onların dediklərinə görə, məktəbli qıza təcavüz edənlər sanki heç nə etməyiblərmiş təki azadlığa çıxarılıblar.
Məhkəmə binasının qarşısında etiraz aksiyası keçirən Türkiyə Qadın Platforması üzvləri ilə müttəhimlərin ailə üzvləri və qohumları arasında dava düşüb. Polis olaya müdaxilə edib.(Milli.az)

OXŞAR XƏBƏRLƏR