ABŞ-ın Miçiqan ştatında məktəb avtobusunun sürücüsü sükan arxasında huşunu itirərkən, 13 yaşlı tələbə Dillon Rivz araya girərək avtobusu təhlükəsiz yerə çəkərək saxlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 66 şagirdi xilas edən Dillonun həmin anları avtobusun təhlükəsizlik kamerasına düşüb.
Avtobusda olan 66 dostunun və huşunu itirən sürücünün həyatını xilas edən Dillon ABŞ-da qəhrəman elan edilib.
Polis hadisədən sonra təhlükəsizlik kamerası görüntülərini araşdıraraq araşdırmaları nəticəsində məktəb rəhbərliyinə Dillonun qəhrəmanlığını tərifləyən məktub göndərib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən