130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi

130 ölkə gömrük rüsumları ilə bağlı ABŞ-yə müraciət etdi
DÜNYA
23:14 13.04.2025
500
Bu gün 130 ölkə ABŞ ilə əlaqə saxlayıb və gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istədiyini bildirib.

Bu barədə Ağ evin Milli İqtisadi Şurasının başçısı Kevin Hasset CNN-ə müsahibəsində bildirib.

"Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq”, – o söyləyib və əlavə edib ki, ABŞ adıçəkilən ölkələr üçün idxal rüsumlarının məbləğini 10 %-ə endirib.

Bundan başqa, milli iqtisadi şuranın başçısı qeyd edib ki, Çinlə ticarət mübahisələrinin tənzimlənməsi prosesi getsə də, bu, "başlanğıc mərhələsindədir”.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gələn mallara gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Aprelin 9-da o, danışıqlara hazır olduğunu bildirən 75 ölkəyə qarşı rüsumların artırılmasını 90 gün müddətinə dayandırdığını bildirmişdi. Onlar üçün 10 % həcmində idxal tarifləri tətbiq olunacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR