135 kiloqramdan 67 kiloqrama düşdü - Görənlər tanıya bilmir

MARAQLI
19:13 31.01.2019
7469

Amerikada yaşayan 25 yaşlı Desire Mize adlı qadın uşaq yaşlarından piylənmə ilə mübarizə aparır.

AZXEBER.COM xarici mediaya istinadla bildirir ki, 8 yaşında olarkən hipotiroid diaqnozu qoyulan qadın 135 kiloqrama çatıb. Artıq çəkiləri üzündən sağlamlığında promlemlər yaşayan Mize dostları ilə eyni pəhrizi tətbiq edir, eyni idman salonlarına gedir, amma yenə çəki ata bilmirdi.

Çox çətin dövrlə yaşayan Mize 24 yaşı olarkən mədə əməliyyatı keçirib. Əməliyyatdan sonra davamlı idmanla məşğul olmaqla və sağlam qidalanmaqla 135 kiloqramdan 67 kiloqrama düşüb.

Gənc qadın çəki atdıqdan sonra hislərini "sadəcə fiziki olaraq deyil, ruhən də sağlam hiss etməyə başladım” deyə izah edib.

Desiree Mize çəki atmaqda çətinlik çəkən insanlara ilham qaynağı olmaq üçün öz "İnstagram” hesabında tez-tez əvvəlki və hazırki fotolarını paylaşır.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR