14 nömrəli məktəbdə qalmaqal: valideynlər bir şagirdə görə övladlarını məktəbə buraxmır

14 nömrəli məktəbdə qalmaqal: valideynlər bir şagirdə görə övladlarını məktəbə buraxmır
SOSİAL
15:12 28.11.2017
1583
14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsinin 3-cü sinif şagirdinin (müvafiq səbəblərə görə ad qeyd olunmayıb) davranışı ilə bağlı problem yaranıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə modern.az-a məktəbdən bildirilib. Qeyd olunub ki, məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib.
 
Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar.
 
Şagirdin valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, qurum nümayəndələri məktəbdə olaraq valideynlərlə söhbət aparılıblar. Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR