14 polis rəisi birdən vəzifəsindən kənarlaşdırıldı

DÜNYA
15:43 20.12.2013
1007

Son günlər Türkiyədə həyata keçirilən əxlaqsızlıq və rüşvət əməliyyatlarından sonra indi də ölkənin güc strukturları və hüquq-mühafizə orqanlarında istefalar və işdən azad edilmələr, daha aşağı vəzifələrə təyin olunma prosedurları davam etməkdədir.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, indi də bu əməliyyatlara görə məsuliyyət daşıyan ərazi bölmələrinin səlahiyyətli rəhbərləri vəzifələrindən azad olunublar.Terrorla Mübarizə məsələlərinə görə məsul polis rəisinin müavini Lokman Kırçılı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri İbrahim Pala, o cümlədən, Qaçaqmalçılıq, Narkotik və Maliyyə Bölməsinin rəhbərinin müavini İsmail Öztürk tutduqları vəzifələrdən azad ediliblər.Ankaranın 21 polis rəisi müavinləri də vəzifələrindən kənarlaşdırılaraq, digər işlərə keçiriliblər.

OXŞAR XƏBƏRLƏR