14 yaşı tamam olmayan şəxslərə dərman satılmayacaq - Parlament təsdiqlədi

14 yaşı tamam olmayan şəxslərə dərman satılmayacaq - Parlament təsdiqlədi
SOSİAL
14:08 01.02.2018
1124
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında” qanuna əlavə layihəsi müzakirə olunub.

Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Layihə səsə qoyularaq qəbul olunub.
OXŞAR XƏBƏRLƏR