Uşaqlar arasında keçirilən Avroviziya müsabiqəsində (Eurovision junior) bu il Ermənistanı təmsil edən Malena adlı müğənni qız müraciət yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, o müraciətində azərbaycanlı dinləyicilərdən səsvermədə kömək istəyib. Malena həmyerlilərinin azərbaycanlı iştirakçı Sona Əzizovanı dəstəkləyəcəklərini yazıb:
"Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir. Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun "O günlərdən biri” adlı sehirli balladasını dəstəkləyəcəyik.
Uğurlar, Ermənistan və Azərbaycan!”
Sözügedən müraciət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
