14 yaşlı konstruktor

MARAQLI
00:50 12.08.2012
2075
14 yaşlı Zaqatala sakini təyyarə modeli hazırlayır.
 
Murad artıq ikinci dəfədir ki, bu bacarığına görə respublika yarışlarında yüksək naliyyətlər əldə edib. Murad Məmmədov təyyarə düzəltməyə marağın onda kompüter oyunlarından yarandığını deyir. Daha sonra bunu həyata keçirmək üçün ona atası da yardımçı olub. Murad deyir ki, təyyarənin hazırlanması üçün təkcə hansısa əmək vərdişinin, müəyyən təlimat və çertyojların olması yetərli deyil: “Texnikalar artdıqca, radio ilə idarə olunan modellərə keçdim, sonra isə yeni modellərdən - FPV ilə məşğul oldum. FPV kamera ilə idarə olunan təyyarələrdəndir. Bu təyyarələrdə daha yüksək texnologiyalardan istifadə olunur”.Hazırladığı modellerin 7 min metrə qədər yüksəkliyə qalxdığını deyən Murad bu təyyarələrin digər bir özəlliyinin olduğunu da bildirdi. Belə ki, təyyarəyə quraşdırılan kameralar vasitəsilə bir neçə min metr yüksəklikdən ərazinin ümumi görünüşünü də əldə etmək mümkündür. İndi Muradın ən böyük arzusu gələcəkdə pilot olmaqdır.//anspress
OXŞAR XƏBƏRLƏR