İngiltərədə yaşayan 14 yaşlı qız şiddətli qarın ağrısı ilə həkimə müraciət edib. Anası uşağının qidaya qarşı dözümsüzlüyü olduğunu düşünsə də, testlər tamamilə fərqli bir həqiqəti üzə çıxarıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, gənc qız təcili əməliyyat olunub, lakin həkimlər gördüklərindən şoka düşüblər.
Gənc qızın 5 saat davam edən əməliyyatı onun mədəsindən nəhəng tük yumağının çıxarılması ilə nəticələnib.
Anası Codi Kollinz qızının körpəlikdən saçları ilə oynadığını, lakin onun daha əvvəl heç vaxt saçlarını yediyini görmədiyini deyib.
Xəstəxanada 10 gün qaldıqdan sonra gənc qız sağalıb və evə buraxılıb.