xari

14 yaşlı qıza sataşan kişini küçədə döydülər - VİDEO

DÜNYA
16:47 14.04.2021
399

Türkiyənin Kocaeli vilayətində yeniyetmə qıza sataşan şəxsi küçənin ortasında linç ediblər.

14 yaşlı bir qızın anası orta yaşlı kişinin övladına sataşdığını bildirib. O, qonşularını köməyə çağırıb. Qadının iddiasına görə, həmin şəxs qızına sataşıb və onun fotolarını mobil telefonla çəkib.

Bundan qəzəblənən qonşular onu döyməyə başlayıblar. Daha sonra əraziyə polis çağırılıb və həmin şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Bildirilib ki, qıza sataşmaqda ittiham olunan kişi yerli sakin deyil.

baku.ws

OXŞAR XƏBƏRLƏR