14 yaşlı qıza qarşı cinsi zorakılıq etdiyi üçün mühakimə olunan şəxs 36 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Kocaeli bölgəsində baş verib.
Mühakimə olunan məşqçi E.Y. adlı şəxs yanına idmana gələn zərərçəkmiş S.T. (14 yaş) adlı qıza qarşı cinsi təcavüz edib.
Keçirilən məhkəmə prosesi zamanı təqsirləndirilən E.Y. əvvəlki müdafiə çıxışlarını təkrarlayıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.
Zərərçəkmiş S.T., şikayət etdiyini bildirib və müttəhimin ən ağır şəkildə cəzalandırılmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili E.Y-nin ona aid edilən əməli törətdiyinə dair heç bir maddi sübut olmadığını əsas gətirərək, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə qərarını açıqlayaraq təqsirləndirilən şəxsə "uşağa qarşı cinsi zorakılıq" maddəsi ilə 30 il, "talama" maddəsi ilə isə 6 il həbs cəzası verib.
Oksana