Qızına təcavüz edən ataya 30 il həbs cəzası verilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyanın Serik rayonunda 14 yaşlı qızı M.B-yə cinsi təcavüz etdiyi səbəbi ilə saxlanılan İbrahim B 30 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, 2 iyul 2021-ci il tarixində Serikdə M.B intihara cəhd edib. Serik Dövlət Xəstəxanasına çatdırılan M.B müalicə alıb. Bundan sonra qızın anası xəstəxanaya gedəndə acı həqiqəti öyrənib.
Məlum olub ki, M.B atası tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb, depressiyaya düşərək intihara cəhd etmək istəyib. Bundan sonra ana öz həyat yoldaşı İbrahim B-yə qarşı cinayət işi qaldırıb.
Haqqında həbs qərarı çıxarılan İbrahim B polis tərəfindən nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə 30 il həbs cəzası alıb.
Ayşən