14 yaşlı qızlara təcavüz edənlər saxlanıldı - "Hər şey qarşılıqlı razılıq əsasında baş verib"

14 yaşlı qızlara təcavüz edənlər saxlanıldı - "Hər şey qarşılıqlı razılıq əsasında baş verib"
DÜNYA
12:10 13.10.2021
4057
Yekaterinburqda 14 yaşlı məktəbli qızlara qarşı təcavüz edən üç nəfər saxlanılıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu barədə E1.RU-ya güc strukturlarındakı mənbə məlumat verib. Onun sözlərinə görə, şübhəlilər azyaşlılarla Uralmaşda tanış olub. Bu şəxslər qızlardan birinin anasının polisə şikayət etməsindən sonra saxlanılıb, lakin məktəbli qızlarla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia ediblər.

Məlumata görə, təcavüzçülərdən biri dərsdən sonra təhsil müəssisəsinin yanında dayanan üç məktəbli qıza yaxınlaşıb. 60 min rublu olduğunu, qızlara  birlikdə vaxt keçirməyi təklif edib. Razılaşdıqdan sonra Yekaterinburqun mərkəzində bir mənzil kirayələyiblər. Şübhəlilərin 20, 26 və 36 yaşları var, onlardan ikisi qardaşdır.
OXŞAR XƏBƏRLƏR