“İmedi” telekanalının yaydığı xəbərə görə, Kazbeqi-Tiflis avtomobil yolu ilə hərəkət edən avtobusda əsasən erməni turistlər olub. Hadisə nəticəsində ölən olmasa da, 12 sərnişin ciddi xəsarət alıb. Xəsarət alanlardan 3 nəfər ağır vəziyyətdə Tiflis xəstəxanasına çatdırılıb.