15 il əvvəl dayısı oğlu tərəfindən zorlanan gəncin intiqamı - VİDEO

15 il əvvəl dayısı oğlu tərəfindən zorlanan gəncin intiqamı - VİDEO
DÜNYA
13:24 27.11.2013
6417

3-cü kurs tələbəsi bazarda hər kəsin gözü qarşısında dayısı oğlunu bıçaqlayıb

Türkiyənin Denizli vilayətində bazarda ölümlə nəticələnən qanlı hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 21 yaşlı İ.E. dayısı oğlu 36 yaşlı Kadir Dinçeri bıçaqla qətlə yetirib.Belə ki, İ.E. bazara gedərək, dükanların qarşısında təmizlik işlərilə məşğul olan 2 uşaq atası olan Kadir Dinçeri tapıb. Uzun illərdi qohumu ilə görüşməyən Kadir Dinçer İ.E.-ni tanımayıb. Özünü başqa bir qohumunun adı ilə tanıtdıran İ.E. bir müddət Kadir Dinçerlə söhbət edib. Daha sonra insanların gözü qarşısında cibindən çıxartdığı bıçağı onun ürəyinə sancıb. Sonra isə Kadir Dinçeri bir neçə yerdən bıçaqlayıb. Ölümcül yaralanan Kadir Dinçeri xəstəxanaya yerləşdiriblər. Lakin həkimlər onun həyatını xils edə bilməyib.Polis hadisəni törədən İ.E.-ni yaxalayıb. Polisə verdiyi ifadə isə hər kəsi şoka salıb. “O məni uşaq olanda zorlayıb. 6 yaşımda olarkən mənimlə məcburi olaraq qeyri- təbii yolla cinsi əlaqədə oldu. Bu barədə kiməsə desəm, məni öldürəcəyi ilə hədələdi. Çalışsam da, bunu unuda bilmədim”, - deyə İ.E. ifadəsində bildirib.Qeyd edək ki, Pamukkale Üniversitetinin 3-cü kurs tələbəsi olan İ.E. dərsdə zorlanma mövzusu müzakirə olunan zaman olanları xatırlayıb. Bir müddət ruhi xəstəxanada müalicə alan İ.E. yenidən olanları xatırladığı üçün əsəblərini cilovlaya bilməyib. Onu zorlayan qohumunu öldürəcəyini qətiləşdirib.Hadisəni törədən İ.E. məhkəməyə təhvil verilib.
 
OXŞAR XƏBƏRLƏR