15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq

15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq
SOSİAL
14:07 06.07.2026
315
Azərbaycanda doğulan uşaqların sayı cəmi bir il ərzində 10 mindən çox azalıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 min 836, 2026-cı ilin eyni dövründə isə 28 min 631 körpə dünyaya gəlib. Beləliklə, doğulan uşaqların sayı bir il ərzində 10 min 205 nəfər azalıb.

Qeyd edək ki, son illər Azərbaycanda doğum göstəricilərində azalma tendensiyası davam edir.

Maraqlıdır, bu proses davam edərsə, 15-20 il sonra Azərbaycanın demoqrafik mənzərəsi necə dəyişəcək?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gənc ailələrdə uşaq sayının azalmasına bir sıra sosial və iqtisadi amillər təsir göstərir:

"Mənzilə çıxış imkanlarının məhdud olması, mənzillərin baha olması və ölkədə gəlirlərin aşağı səviyyədə qalması əsas səbəblərdəndir. Bununla yanaşı, son 10 ildə daha bir ciddi problem sürətlə dərinləşir. Bu da reproduktiv yaşda olan gənclərin ölkədən kütləvi şəkildə köç etməsidir. Hazırda ölkədə ciddi miqrasiya prosesi müşahidə olunur. Gənclər əsasən Avropa İttifaqı ölkələrinə, Türkiyə, Kanada və ABŞ-yə üz tuturlar. Onların bir qismi təhsil almaq məqsədilə getsə də, sonradan geri qayıtmır. Bütün bunlar doğum səviyyəsinin azalmasına birbaşa təsir göstərən amillərdir".


Ekspert hesab edir ki, doğum səviyyəsinin artırılması üçün ilk növbədə sosial-iqtisadi problemlərin həlli istiqamətində effektiv addımlar atılmalıdır.

Onun sözlərinə görə, mövcud tendensiya davam edərsə, yaxın 10-15 ildə ölkənin sosial təminat sistemi ciddi çətinliklərlə üzləşə bilər:

"10-15 illik perspektivə baxdıqda görürük ki, həmin dövrdə təqaüdçülərin sayı ilə rəsmi işləyənlərin sayı demək olar ki, bir-birinə yaxınlaşacaq. Bu isə o deməkdir ki, Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsait azalacaq, pensiyaların maliyyələşdirilməsi dövlət büdcəsinin əsas yük istiqamətlərindən birinə çevriləcək. Bu, kifayət qədər ciddi problemdir".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
14:20 06.07.2026
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
14:15 06.07.2026
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?
14:15 06.07.2026
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?
15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq
14:07 06.07.2026
15 il sonra Azərbaycanı nə gözləyir? - Doğumun azalması ilə bağlı ciddi xəbərdarlıq
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
13:54 06.07.2026
Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir