"15 iyun qardaşlıq günü elan olunsun" - Deputat

"15 iyun qardaşlıq günü elan olunsun" - Deputat
SOSİAL
14:18 15.02.2022
435
Deputat Azərbaycanda yeni bayram gününün təsis edilməsini təklif edib.
 
AZXEBER.COM xəbər verir ki, deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxış edərkən 15 iyunun müttəfiqlik günü, yaxud da qardaşlıq günü elan edilməsini təklif edib:
 
"Bu günlərdə Azərbaycan tarixinin ən yadda qalan və cəsarətli addımlarından biri atıldı. Türk dünyasının yaxınlaşması baxımından ən vacib tarixi hadisə kimi də qiymətləndirilməlidir. Bu tarixi sənədin altında Azərbaycan Prezidenti və Türkiyə Prezidentinin imzasının olması onu göstərir ki, tarixin bu dövründə belə bir cəsur qərarların verilməsi xalqların, dövlətlərin gələcəyi üçün çox vacib əhəmiyyət daşıyan addımlardır. Ona görə də, mən təklif edirəm ki, Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü Azərbaycan və Türkiyənin ortaq bayramı olaraq müttəfiqlik günü, yaxud da qardaşlıq günü elan olunsun. Bu, olduqca vacibdir. Çünki bizim birgə bayramımız yoxdur və bu böyük bir tarixi hadisəni sadəcə sıradan bir tarix rəqəmi kimi qiymətləndirməməliyik”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR