Avstraliyanın Sidney şəhərinin sakinləri bu səhər qeyri-adi mənzərə ilə qarşılaşıblar. Belə ki, Darlinq buxtasına PVS materialından hazırlanmış nəhəng ördək buraxılıb. Uzunluğu 15 metrə çatan ördək Sidneydə yay festivalının açılışı məqsədilə Yeni Zelandiyada hazırlanıb. Nəhəng ördək Sidney buxtasında yanvarın 23-nə kimi suda qalacaq.