15 yaşlı yeniyetmə xərçəngə qarşı yeni vasitə kəşf edib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yaşıdları internetdə oyun oynayan zaman xərçəngi vaxtında müəyyən edən test kəşf edən yeniyetmə dünyanın elm xadimlərini təəccübləndirib. ABŞ-ın Merilend ştatında yaşayan Cek Andraka dünyanın ən böyük liseyləri arasında keçirilən elmi araşdırmalar yarışmasının qalibi olub. Onun testi mövcud olan testlərdən 28 dəfə daha ucuz və daha sürətli nəticə verir. Bu testin həssaslığı digərlərindən 100 dəfə çoxdur.Məktəblinin testi xərçəngi 90 faiz doğru təyin edə bilir.Qeyd edək ki, pankreatit xərçəngi ən gizli inkişaf edən və ən son mərhələdə üzə çıxan xəstəliklərdəndir. Yeni test sadə bir çubuq vasitəsilə xərçəngin yarada bilən mesotelin səviyyəsini ölçür.