15 yaşlı piyadanı maşın vurdu

15 yaşlı piyadanı maşın vurdu
SOSİAL
22:53 13.01.2019
4540
Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, rayonun Düzqırıqlı kəndi ərazisində yolu keçmək istəyən 15 yaşlı Asim Bədəlovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR