15 yaşlı qız dəm qazından öldü

SOSİAL
22:27 15.12.2024
257
Siyəzəndə məktəbli dəm qazından zəhərlənərək ölüb.
 
AZXEBER.COM-un  "Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Siyəzən şəhərində M.Ə.Sabir küçəsində baş verib.
Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR