15 yaşlı qız ögey atası tərəfindən zorlandı

DÜNYA
15:17 16.12.2013
1583

Bu barədə qız hamilə olandan sonra məlum olub

Türkiyədə zorlama hadisəsi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 15 yaşlı qız ögey atası tərəfindən zorlanıb. Bu barədə onun anası 5 ay sonra xəbər tutub.Belə ki, 15 yaşlı B.K. ögey atası 48 yaşlı M.Ç. tərəfindən gecə zorlanıb. Qızı zorlayan M.Ç. onu qorxudub ki, bu barədə heç kimə danışmasın. Əks təqdirdə qızı öldürəcəyi ilə hədələyib. Qız da qorxudan bu barədə danışmayıb. Bu hadisədən 5 ay sonra qızın anası B.K.-nın halının pis olduğunu görüb. Qızını həkimə aparan ana, orada onun hamilə olduğunu öyrənib.Uşağın atasının əri olduğunu öyrənən qadın polisə şikayət edib. Şikayət əsasında ekspertiziya aparılıb və həqiqətən də ögey atanın qızı zorlaması sübuta yetirilib. Polislər 48 yaşlı M.Ç.-ni həbs ediblər.

OXŞAR XƏBƏRLƏR