15 yaşlı qızı yeznəsiylə sevgili olmağa nə məcbur edə bilər? - Psixoloq danışır

15 yaşlı qızı yeznəsiylə sevgili olmağa nə məcbur edə bilər? - Psixoloq danışır
SOSİAL
14:09 07.10.2016
5028
Xəbər verdiyimiz kimi, Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb.
 
Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb. A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.
 
Son günlər ölkənin gündəminə çevrilən bu mövzu ilə bağlı AZXEBER.COM Ümumrusiya Professional Psixoterapiya Liqasının Həqiqi üzvü, psixoloq Səbinə Bayramovadan açıqlama alıb. Psixoloq deyib ki, 15 yaş qızlar üçün ən həssas yaş dönəmidir və bu yaşda qız uşaqları ailələrindən sevgi görməlidir: "Ailənin içini tam bilmədiyimizə görə, yalnız təməl ehtimallara toxuna bilərik. Belə ki 15 yaş yeniyetməlik dövrünə təsadüf edir, bu eyni zamanda "krizis dövrü" və ya "böhranlı dövr" adlandırılır. Bu dövrdə olan yeniyetmə böyüklərə, əsasən də valideynlərinə "artıq uşaq olmadığını" qəbul etdirməyə çalışır, "ona da böyüklərə davranıldığı kimi davranılmasını" istəyir. Xüsusilə də yeniyetmə sevgi, diqqət, qayğı, nəvaziş görmək, hiss etmək istəyir. Bəzən də bu sevgini ailəsində yox başqa birində gördükdə, artıq ona tərəf meyllənir, ona bağlana bilir, hətta həyatının mərkəzinə yerləşdirir və onunla xoşbəxt, çılğın, romantik həyat yaşayacağını düşünür. Çoxuşaqlı ailələrdə isə ana-ata çox zaman ilk övladlarına xüsusi sevgi diqqət ayırırlar".

Psixoloq deyib ki, bu ailədə uşağa lazımı sevgi göstərilməyib və bu səbəbdən belə hadisə yaşanıb: "Göründüyü kimi 5 qız övladı böyüdüblər və valideynlərin vaxtı hər birinə eyni ölçüdə sevgi verməyə yetməyib, əlbəttə ki sevgidən kasad, 15 yaşlı çılğın yeniyetmə qız da sevgini kimdə görübsə psixoloji olaraq ona meyllənib. Xüsusilə də təlim-təhsilə önəm verilmədikdə, yəni beyin təlim-təhsilə istiqamətlənmiş olmadıqda, işləmədikdə, artıq bu zaman duyğular, emosiyalar ön plana çıxır. Bəzən də çılğın duyğuların qarşısı alınmaz ola bilir və sonda fəlakətə səbəb ola bilir.
 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR