15 yaşlı qızın intihar səbəbi - Yaxşı oxumadığı üçün anası məktəbdən çıxarıbmış

15 yaşlı qızın intihar səbəbi -  Yaxşı oxumadığı üçün anası məktəbdən çıxarıbmış
SOSİAL
17:18 10.11.2017
2029
AZXEBER.COM xəbər verir ki, Lent.az Günay Qədirova (ad şərtidir) intiharı ilə bağlı bəzi təfərrüatları yazıb.
 
Yazıda bildirilir ki, qızın valideynləri ayrı yaşayırmış və təxminən 2 ay əvvəl onun atası vəfat edib. Bu ilin yayında isə o, orta təhsilini yarımçıq saxlayaraq, 9-cu sinifdən məktəbdən çıxıb. Belə ki, qiymətləri elə də yaxşı olmayan G.Qədirovanın anası ərizə ilə müraciət edərək, övladının təhsilini davam etdirməsini istəmədiyini bildirib.
 
Məlum intihar hadisəsinə gəlincə, bildirilir ki, 15 yaşlı qız anası ilə birgə yaşayırmış. Bugünlərdə onlar arasında hələlik tam dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Anası ilə dalaşan qız evdən qaçıb. Bir qədər sonra isə onun bağda özünü asdığı məlum olub. Yeniyetmə qızını axtaran anası onun asılı vəziyyətdə qalmış meyitini tapıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR