15 yaşlı qızın ölümündən dəqiqələr əvvəl yazdığı son mesaj

15 yaşlı qızın ölümündən dəqiqələr əvvəl yazdığı son mesaj
DÜNYA
12:47 25.05.2017
26092
İki gün əvvəl İngiltərənin Mançester şəhərindəki arenada törədilən terrorun gənc qurbanlarından olan Olivia Kampbellin sevgilisi onun yazdığı son mesajı paylaşıb.

Oğlan 15 yaşlı sevgilisi Olivianın ölümündən sonra özünə gələ bilmir.

Levis adlı oğlan mətbuata açıqlamasında bildirib ki, Olivia partlayışdan bir neçə dəqiqə öncə onunla yazışıb və mesajda çox əyləndiyini qeyd edib:

"Bura çox əyləncəlidir. Mən çox xoşbəxtəm".

Levis sevgilisi öldükdən sonra ona Feysbuk-da status həsr edib və onun bir saniyə belə yadından çıxmadığını yazıb.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR