Türkiyədə yaşayan model Günay Musayeva Bakıya gəlib.
"Hər şey daxil"ə qonaq olan Günay ölkəmizdəki model biznesindən söz açıb. O, Azərbaycanda gözəllik yarışmalarındakı saxtakarlıqdan söz açıb:
"Azərbaycanda model yarışmaları gözdən düşüb. Çünki ortada pul söhbətləri oldu. Bunlar düzgün deyil. Müğənnilər, aktrisalar, rəssamlar kimi modellər də incəsənətin bir növüdür. "Best Model Azerbaijan" 2010-cu ildə olduqdan sonra mənə verildi 10 il keçirim. Etmədim... Çünki burada çox söz-söhbətlər olur və maraqsızdır. Madiyyatdan asılıdır. 1,50 boyla, 70 kiloqram çəki ilə gözəl olar?
Azərbaycan xanımları gözəldir. Amma təəssüf olsun ki, belə hallar yaşanır və yarışma gözdən düşür".
///Axşam.az