“1500 manat ödəyirik, istilik yoxdur” deyən tələbəyə universitetdən CAVAB

“1500 manat ödəyirik, istilik yoxdur” deyən tələbəyə universitetdən CAVAB
SOSİAL
14:37 21.01.2026
1234
Bakı Avrasiya Universitetində qiyabi təhsil alan tələbə sosial şəbəkədə auditoriyaların soyuq olmasından şikayət edib. 

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə şikayətini dilə gətirən universitetin qiyabi təhsil formasında oxuyan tələbə bildirir ki, tədris ili ərzində cəmi üç həftə dərsə gəlmələrinə baxmayaraq, bu qısa müddətdə belə minimal tədris şəraiti təmin olunmur. Tələbələrin sözlərinə görə, dərslər keçirilən auditoriyalarda istilik sistemi işləmir və otaqlar dözülməz dərəcədə soyuq olur.
 

Şikayətdə qeyd edilir ki, tələbələr dərs zamanı üst geyimində oturmağa məcbur qalırlar. Bu vəziyyətin dağlıq kənd məktəblərindəki şəraitə bənzədiyi vurğulanır.

"İldə cəmi üç həftə dərsə gəlirik, amma həmin müddətdə də normal şərait yaradılmır. Buna baxmayaraq, illik 1500 manat təhsil haqqı ödəyirik. Ödəniş edildiyi halda, minimal tədris şəraitinin belə təmin olunmaması ciddi narahatlıq doğurur”, – deyə tələbə bildirib.

Şikayətçi tələbə qeyd edib ki, mövcud şəraitdə normal və keyfiyyətli tədris prosesi mümkün deyil. 

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, universitetdə istilik tam təmin olunur: 

"Universitetdə təxminən 4000 tələbə tələbə təhsil alır. İki qazanxana mövcuddur. Həmin qiyabi tələbənin hansı auditoriyada oturmasından mənim xəbərim yoxdur. Qiyabi tələbələr universitetdə 1 ay olur və 10 gün imtahan prosesində iştirak edirlər. Elə şey olar ki, universitetdə istilik təmin olunmasın? Bu mümkün deyil. İstilik yüksək səviyyədə təmin olunur. Bir tələbənin yazdığı iddia əsas ola bilməz”.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda